Azərbaycan Taekvondo Federasiyasının nümayəndələri Türkiyədə səs veriblər

Azərbaycan Taekvondo Federasiyasının nümayəndələri Türkiyədə səs veriblər

Türkiyə açıq çempionatında mübarizə aparmaq üçün Antalyada olan taekvondo üzrə Azərbaycan millisinin məşqçilər korpusu və komanda nümayəndələri növbədənkənar prezident seçkilərində iştirak ediblər.
Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, onlar qardaş ölkədəki Azərbaycan Mədəniyyət və Dəstək Dərnəyində səs veriblər.
Səsvermə prosesinə Azərbaycan Taekvondo Federasiyasının Nəzarət-Təftiş Komissiyasının sədri Anar Surxayzadə, pumse üzrə yığmanın baş məşqçisi Etibar İbrahimov, yeniyetmələrdən ibarət millinin çalışdırıcısı Rəşad Məmmədov, böyük məşqçi Vurğun Cəfərov və komandanın həkimi Ruslan Şərifov qatılıblar.
Qeyd edək ki, yeniyetmələrdən ibarət yığmamız Antalyaya bu gün yollanıb.