Masallı şəhər şəhid İntiqam Əsgərli adına 3 saylı tam orta məktəbdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Fiziki aktivlik və sağlam həyat tərzi” idmanın təbliği mövzusunda şagirdlərlə görüş keçirilib.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun, Masallı rayon təhsil sektorunun əməkdaşlarının və məşqçi-müəllim Sabir Lətifovun iştirak etdiyi tədbirdə çıxışlar zamanı bildirilib ki, burada əsas məqsəd əhali, o cümlədən şagirdlər üçün fiziki aktivlik proqramını təşviqi, şagirdlər arasında sağlam həyat tərzini təbliğ etməkdən ibarətdir.