Lənkəran Olimpiya İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadənin sədrliyi ilə regional müşavirə keçirilib. Müşavirədə çıxış edən Teymur Babazadə qarşıda duran vəzifələrdən söhbət açıb. Həmçinin rayonlarda gənclər sahəsində və idman siyasətinin icrası, ümumi təşkilati məsələlər, kütləviliyin artırılması üçün vacib addımlar və digər məsələlər müzakirə olunub. Sonda müzakirə olunan məsələləri dinləyən idarə rəisi aidiyyəti şəxslərə müvafiq sahələr üzrə tövsiyə və tapşırıqlarını verib.
Müşavirədə idarəyə daxil olan sektorların müdir və əməkdaşları, Gənclər Evlərinin, Olimpiya İdman Komplekslərinin, idarənin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin direktorları və əməkdaşları iştirak ediblər.