Milli Olimpiya Komitəsində "Olimpiya Gündəliyi-2020" Komissiyasının iclası keçirilib 

Milli Olimpiya Komitəsində "Olimpiya Gündəliyi-2020" Komissiyasının iclası keçirilib 

Fevralın 20-də Milli Olimpiya Komitəsində (MOK) "Olimpiya Gündəliyi-2020" Komissiyasının iclası keçirilib.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, MOK-un baş katibi Azər Əliyevin sədrliyi ilə keçirilən iclasda komissiyanın gördüyü işlər, təşkil olunan idman tədbirləri və keçirilən görüşlər, Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlığın gedişatı, həmçinin komissiyanın 2024-cü il üzrə fəaliyyət planı müzakirə olunub.

Azər Əliyev iclasın əvvəlində komissiyanın yeni üzvü seçilən Rüstəm Orucovu təbrik edərək, ona uğurlar arzu edib.

 

Milli Olimpiya Komitəsinin vitse-prezidenti, "Olimpiya Gündəliyi-2020" komissiyasının üzvü Zemfira Meftaxetdinova bildirib ki, “Təhlükəsiz İdman” mövzusu idmanda vacib şərtlərdən biridir. “Bir Olimpiya çempionu kimi demək istəyirəm ki, idmançı məşqçinin qarçısında daim öz məsuliyyətini hiss etməlidir. Məhz bu vasitə ilə idmançı özündə məsuliyyət hiss edərək böyük nailiyyətlər qazana bilər”.

 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru, Olimpiya çempionu Fərid Mansurov idmandakı zorakılıq haqqında danışaraq, qeyd edib ki, istər-istəməz peşəkar idmanda bu hallara rast gəlinir. “Bəzən idmançı belə hallarda məşqçisindən inciyərək idmanı tərk etmək qərarına gəlir. Amma yüksək nəticə əldə etdikdən sonra başa düşür ki, məhz bunun sayəsində o, uğur əldə edib. Bu baxımdan da Beynəlxalq Olimpiya Komitəsinin tövsiyəsi olan “Təhlükəsiz İdman” mövzusunun belə halların aradan qaldırılması baxımından böyük rolu var”.

İclasda komissiyanın “İdman hamı üçün” və “Qadın idmanda“ televiziya proqramları ilə bağlı cari mövsüm məsələləri də müzakirə edilib.

Milli Olimpiya Komitəsinin Beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimov “İdman hamı üçün” televiziya proqramının 2024-cü il mövsümü ərzində çəkilən buraxılışlarına dair ümumi məlumat verib. O, “Space TV”nin efirində nümayiş olunan verilişin yeni mövsümünün ilk buraxılışı haqqında da danışıb.

MOK-un Marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva “Olimpiya Gündəliyi-2020” Komissiyasının televiziya layihəsindən biri olan “Qadın idmanda” verilişinin yeni buraxılışları, mövzusu və qonaqları haqqında məlumat verib.

“Təhlükəsiz İdman” mövzusundan danışan Milli Olimpiya Komitəsinin İdman idarəsinin baş məsləhətçisi Vaqif Əliyev bununla bağlı maarifləndirmə işlərinin aparılmasının vacibliyini bildirib. O, sonra mövzu ilə bağlı təqdimatı komissiya üzvlərinin diqqətinə çatdırıb.

Sonra komissiya üzvləri yeni mövsüm üçün təkliflərini səsləndiriblər.

Qeyd edək ki, “Olimpiya Gündəliyi 2020” Komissiyasının əsası 2017-ci ildə qoyulub. Komissiya BOK tərəfindən yenilənmiş strateji sənədin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə xidmət edir.

Milli Olimpiya Komitəsində "Olimpiya Gündəliyi-2020" Komissiyasının iclası keçirilib  Milli Olimpiya Komitəsində "Olimpiya Gündəliyi-2020" Komissiyasının iclası keçirilib  Milli Olimpiya Komitəsində "Olimpiya Gündəliyi-2020" Komissiyasının iclası keçirilib  Milli Olimpiya Komitəsində "Olimpiya Gündəliyi-2020" Komissiyasının iclası keçirilib  Milli Olimpiya Komitəsində "Olimpiya Gündəliyi-2020" Komissiyasının iclası keçirilib