Azərbaycanın və Tacikistanın Xalq artisti Leyla Şəripova Almaniyada vəfat edib.
Olimpnews.az xəbər verir ki, Moderator.az-a Xalq artistinin nəşinin yandırılacağı ilə bağlı məlumat daxil olub.
Sayt məlumatı dəqiqləşdirmək üçün ailənin yaxın dostu Əmirəli Qızıllı ilə əlaqə saxlayıb.
“Bilirsiniz ki, Leyla xanım bir neçə gündür Almaniyada dünyasını dəyişib. Düsseldorf şəhərində onunla vida mərasimi təşkil olunub. Dünən nəvəsi Əmirlə danışdım. Əmir dedi ki, nənəsi onlara nəşini yandırıb külünü dənizə səpmələrini tapşırıb. Əmir bildirdi ki, bu, nənəsinin vəsiyyətidir və onun vəsiyyətini yerinə yetirəcəklər. Azərbaycanda buna reaksiyaların necə olacağını isə bilmirəm” - Əmirəli Qızıllı qeyd edib.
Xatırladaq ki, sənətkarın atası İzmirdən olan Türkiyə vətəndaşı, anası isə azərbaycanlı olub. Leyla Şəripova Bakıda doğulub və bakılı olmasını hər zaman müsahibələrində bildirib.