Düqarri: «Mən buna inanmıram»

Düqarri: «Mən buna inanmıram»

Fransa millisinin sabiq futbolçusu Kristof Düqarri Zinəddin Zidanın "Bavariya"ya rəhbərlik edə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. «Zidan alman dilini öyrənir? Mən buna inanmıram. Amma istənilən halda Almaniya Bundesliqası möhtəşəmdir. Stadionlar anşlaq olur. Hər kəs «Bayern» kimi klubu çalışdırmağı xəyal edir. Mənə elə gəlir ki, bu, Zidan üçün ideal klublardan biridir”, - deyə RMC Sport Düqarridən sitat gətirib.