Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstana yollanıb. Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, səfərin məqsədi dəfələrlə Ümumdünya Şahmat Olimpiadasının qalibi olan Gürcüstan yığması ilə yoldaşlıq görüşü keçirməkdir.
Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət komanda 26 fevral - 2 mart tarixlərində yoldaşlıq görüşündə iştirak edəcək. Razılaşmaya əsasən şahmatçılar 5 tur çərçivəsində bir-biri ilə mübarizə aparacaqlar.
Qeyd edək ki, rəsmi xarakter daşıyan yoldaşlıq görüşü qadın şahmatçılardan ibarət Azərbaycan millisinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidir.
Gürcüstan millisi ilə yoldaşlıq görüşü keçiriləcək