Pep həmyerlisini tərifləyib

Pep həmyerlisini tərifləyib

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Xabi Alonsonun Leverkuzen «Bayer»indəki işi haqda danışıb.

"O, fantastik iş görür. "Bayern"lə qarşılaşıb məğlub olmamaq mümkün deyil. Xabinin komandası ardıcıl qələbələrdən ruhlanır. Onları məğlubiyyətlə üzləşdikdən sonra görmək maraqlı olacaq. Almaniya çempionu olmaq şansları yetərincədir. Lakin hələ qarşıda xeyli vaxt var”, - jurnalist Fabrizio Romano Qvardioladan sitat gətirir.