Çexiyanın Trutnov şəhərində yeniyetmə və gənclər arasında boks üzrə beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin boksçuları da mübarizə aparıblar. İdman Cəmiyyətinin boks bölməsi üzrə məşqçi-müəllimi, Əməkdar məşqçi Ceyhun Rüstəmovun rəhbərliyi altında yarışa yollanan “Zenit” BTİC İB-in boksçularından 4-ü mükafatçılar sırasında yer alıb. Belə ki, boksçulardan Mehran Rəsulov (75 kq) və Yusif Ağakişiyev (80 kq) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Babacan Əliyev (48 kq) gümüş, Yusif Məmmədov (44 kq) isə bürünc medala sahib çıxıb.
Beləliklə, “Zenit” BTİC İB-in yetirmələri yarışı 2 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar.