Aprelin 4-də İslandiyanın paytaxtı Reykyavikdə Avropa Gənclər Olimpiya Festivalının (EYOF) komissiyasının iclası keçirilib.
Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə MOK-un baş katibi, EYOF komissiyasının üzvü Azər Əliyev də iştirak edib.
İclasda Bakhuriani-2025 Qış və Skopye-2025 Yay Olimpiya festivallarının gedişatı ilə bağlı ətraflı məlumat verilib.
Bundan əlavə görüşdə EYOF-un gələcək plan və strategiyaları, gənc səfirlər, idmançıların təhlükəsizliyi və qarşıdakı digər yarışlar haqqında müzakirələr aparılıb.