Paris şəhərinin meri Ann İdalqo Fransa prezidenti Emmanuel Makronun 2024-cü il Olimpiya Oyunlarının açılış mərasimi barədə sualını cavablandırıb. Fransanın hakimiyyət nümayəndələri arasında dialoq Olimpiya məşəlinin alovlandırılması mərasimi zamanı baş tutub. “Mən yalnız A planı üzərində işləyirəm. Olimpiadanın təhlükəsizliyi ilə məşğul olan peşəkarlardan ibarət komanda var. Biz bütün dünyanı heyrətləndirməyə hazırıq. Olimpiya Oyunları böyük bir hadisədir ”, - RMC Sport merin sözlərindən sitat gətirib.
Qeyd edək ki, aprelin 16-da Paris-2024 Olimpiya Oyunlarının məşəli Qədim Olimpiyadakı arxeoloji sahədə alovlandırılıb.