Tarixi qələbə: Azərbaycan komandası cüdo üzrə Avropa çempionatında ən uğurlu çıxışını edib!

Tarixi qələbə: Azərbaycan komandası cüdo üzrə Avropa çempionatında ən uğurlu çıxışını edib!

Olimpizm xəbərləri

27.04.2024, 22:28

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatının fərdi yarışlarına yekun vurulub. 47 ölkədən 427 (240 kişi, 187 qadın) cüdoçunun mübarizə apardığı çempionatda Azərbaycan komandası 13 (9 kişi, 4 qadın) idmançı ilə təmsil olunub.

Üç gün davam edən yarışda milli komandamızın üzvlərindən Hidayət Heydərov (-73 kq) və Elcan Hacıyev (-90 kq) qızıl, Balabəy Ağayev (-60 kq) isə gümüş medala layiq görülüb. Avropa çempionatını 2 qızıl və 1 gümüş medalla başa vuran cüdoçularımız ümumi komanda hesabında və kişilər arasında ikinci yeri tutub.

Digər cüdoçularımızdan Turan Bayramov (-60 kq), Aydan Vəliyeva (-52 kq), Murad Fətiyev (-90 kq) və Zelim Kotsoyev (-100 kq) 5-ci yerə sahib çıxıblar.

Bu, komandamızın Avropa çempionatlarında 1993-cü ildən bəri əldə etdiyi ən yaxşı nəticədir.

Qeyd edək ki, qitə çempionatı sabah qarışıq komanda yarışları ilə davam edəcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR