Ölkəmizdən kənarda yaşayan azərbaycanlıların uğurları hər birimizi sevindirir. Bu gün onların mədəniyyət, incəsənət və digər sahələrdə əldə etdiyi nailiyyətlər, uğurlar ölkəmizdə də böyük sevinc və qürur hissi ilə qarşılanır.
Onlardan biri də Azərbaycan Respublikasının Əməkdar artisti, pianist, dirijor və bəstəkar Turan Manafzadədir. Belə ki, onun 2023-cü ildə Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi “Türkiyə 100” adlı marşının sorağı hər keçən gün getdikcə çoxalır.
Türkiyə Cümhuriyyətinə olan ən gözəl duyğularını əsərində dilə gətirdiyini söyləyən Turan Manafzadənin sözlərinə görə “Türkiyə 100” əsəri həm də Azərbaycan - Türkiyə qardaşlığının bir simvoludur.
Əsərin ərsəyə gəlməsinin ardından Turan Manafzadə Türkiyənin fərqli bölgələrindəki məktəblərə dəvət alıb. O, bu yaxınlarda Türkiyənin paytaxtı Ankaranın Çankaya bölgəsində yerləşən Büyükhanlı Kardeşler Ortaokulunda olub.
Böyük maraq və coşqu ilə qarşılanan həmyerlimizin tələbələr və müəllimlərlə görüşü xoş ovqatla yadda qalıb.
"Türkiyə 100" marşının sorağı getdikcə çoxalır - VİDEO