"Böyük Dəbilqə" turnirinin son günündə dörd cüdoçumuz mübarizə aparacaq

\"Böyük Dəbilqə\" turnirinin son günündə dörd cüdoçumuz mübarizə aparacaq

Olimpizm xəbərləri

12.05.2024, 09:38

Qazaxıstanın paytaxtı Astanada keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri sona yaxınlaşır. 

Yarışların sonuncu -üçüncü günündə milli komandamızın daha 4 üzvü mübarizə aparacaq. Təmsilçilərimizdən Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Uşangi Kokauri, Camal Qamzatxanov (hər ikisi +100 kq) tatami üzərinə çıxacaq.

Xatırladaq ki, yarışın ilk günündə komandamızın üzvü Kamran Süleymanov -66 kq çəki dərəcəsində bürünc medala layiq görülüb.  

84 ölkədən 450 (235 kişi, 215 qadın) cüdoçunun mübarizə apardığı yarışa bu gün yekun vurulacaq. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR