Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran Olimpiya İdman Kompleksində "Sağlam həyat" layihəsi çərçivəsində yeniyetmə və gənclər arasında atletika, həndbol, voleybol, boks və cüdo idman növləri üzrə kütləvi idman tədbiri keçirilib.
Əsas məqsəd sağlam həyat tərzinin təbliği, idmana marağın artırılmasından ibarət olan tədbirdə çıxış edənlər ölkəmizdə idmana olan diqqət və qayğıdan söz açaraq, idmançılarımızın beynəlxalq arenadakı uğurları haqqında danışıblar.
Tədbirdə 150 nəfər yeniyetmə və gənc öz bacarığını nümayiş etdirib.