Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatı davam edir. Bu gün Azərbaycan komandasının daha iki cüdoçusu tatami üzərinə çıxıb. 90 kq çəki dərəcəsində Elcan Hacıyev və Vüqar Talıbov qüvvələrini sınayıblar. Onlar 1/16 finalda, müvafiq olaraq, italiyalı Kristian Parlati və braziliyalı Rafael Makedoya məğlub olaraq çıxışlarını başa vurublar.
Qeyd edək ki, komandamızın aktivində hazırda bir qızıl medal var. Yeganə medalı komandamıza Hidayət Heydərov (73 kq) qazandırıb.