"Atalanta" leverkuzenlilərin məğlubiyyətsizlik seriyasını qıraraq Avropa Liqasının qalibi oldu

"Atalanta" leverkuzenlilərin məğlubiyyətsizlik seriyasını qıraraq Avropa Liqasının qalibi oldu

Futbol üzrə UEFA Avropa Liqasının final oyunu keçirilib. İrlandiyanın paytaxtı Dublindəki "Dublin Arena"da təşkil olunan oyunda Almaniyanın "Bayer" və İtaliyanın "Atalanta" klubları qarşılaşıb. 

Oyun İtaliya təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb -0:3. Oyunda qolları matçın 12, 26 və 76-cı dəqiqələrində fərqlənən Ademola Lokman vurub. "Atalanta" bu qələbə ilə Avropa Liqasının 2023/2024 mövsümünün qalibi adını qazanıb. 

"Berqamolular" bu qələbə ilə həmçinin leverkuzenlilərin 51 oyunluq məğlubedilməzlik seriyasına son qoyub.