Londonun “Vest Hem” klubunun futbolçusu Lukas Paketa növbəti dəfə danışılmış oyunlarda iştirakına görə ittiham olunub.
Brazilyalı futbolçu buna qədər "Lester Siti" (12 noyabr 2022), "Aston Villa" (12 mart 2023), "Lids Yunayted" (21 may 2023) və "Bornmut" (12 avqust 2023) ilə matçlarda qəsdən sarı vərəqə almaqda ittiham olunur. Paketa bununla bukmekerlərin bu hadisəyə mərc oynaması üçün imkan yaratmışdı. Belə ki, o uşaqlıq dostları, yaxın qohumları və ailə üzvləri Paketanın sarı kart almasına mərc edərək, xeyli miqdarda pul qazanmışdılar.
Qeyd olunur ki, futbolçu iyunun 3-dək ittihamlara cavab verməlidir. Paketa isə bu fikirləri rədd edib və təmiz oyun uğrunda mübarizə aparmağa hazır olduğunu bəyan edib.