“Araz-Naxçıvan” komandasının yay hazırlıq planı məlum olub.
Klubdan verilən məlumata görə, komanda üzvləri iyunun 25-dən 27-dək tibbi müayinədən keçəcək. Yeni mövsümün ilk məşqinə isə iyunun 28-də start veriləcək. Məşqlərini iyulun 8-dək Bakıda reallaşdıracaq “qırmızı-ağlar” yekunda bir yoldaşlıq matçında gücünü sınayacaq.
Bir günlük istirahətin ardından - iyulun 10-da komanda Türkiyəyə yollanacaq. Ərzurumdakı toplanış iyulun 25-dək davam edəcək. İki həftəlik hazırlıq müddətində “Araz-Naxçıvan” 3 yoldaşlıq oyunu keçirəcək. Sınaq matçları iyulun 14-də, 19-da və 24-də oynanılacaq.
İyulun 27-dən Bakıda məşqlərini bərpa edəcək Naxçıvan təmsilçisi yeni mövsümün ilk matçına hazırlaşacaq.