Parabadmintonçumuz beynəlxalq turnirdə gümüş medal qazandı

Parabadmintonçumuz beynəlxalq turnirdə gümüş medal qazandı

Azərbaycan parabadmintonçusu İbrahim Əliyev Uqandanın paytaxtı Kampalada keçirilən beynəlxalq turnirdə şəxsi və qoşa yarışda uğurlu çıxış edib.

Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, idmançımız gümüş medal qazanıb.

Qeyd edək ki, İbrahim Əliyev Dünya Badminton Federasiyasının illik təqvimində yer alan "Uganda Para Badminton International" turnirində ardıcıl üç ildir mükafatçılar sırasında yer alır.