“Bu gün mənim günüm idi. Qələbə qazanmağı bacardım”.
Bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarında ilk döyüşünü qələbə ilə başa vuran boksçumuz Alfonso Dominqes deyib.
Tokio-2020-nin bürünc medalçısı ikiqat Olimpiya çempionu ilə mübarizənin asan olmadığını bildirib.
"Çox çətin döyüş oldu. Yarışa çox yaxşı hazırlaşmışdım. Yaxşı məşq keçmişdim. Bilirəm ki, bütün Azərbaycan xalqı məni dəstəkləyir, buna görə də təşəkkürümü bildirirəm. Məşqçilərimə və bütün komanda üzvlərinə dəstəyə görə minnətdaram. Bu son deyil, qarşıda döyüşlər var”. Daha da irəli getmək lazımdır”, - deyə boksçumuz Alfonso Dominqes deyib.
Qeyd edək ki, Mübarizəyə 1/8 final mərhələsindən başlayan Alfonso Dominqes 1/8 finalda Olimpiya çempionu olan kubalı Xulio Sesar la Krusa qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.
Dünya çempionumuz avqustun 1-də təşkil olunacaq 1/4 final mərhələsində qazaxıstanlı Aybek Oralbayla (Qazaxıstan) qarşılaşacaq.