Üzgüçümüz Paris-2024-də iştirak etdi

Üzgüçümüz Paris-2024-də iştirak etdi

BOK

30.07.2024, 13:20

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir. Bu gün Azərbaycan Olimpiya komandasının daha bir üzvü üzgüçü Ramil Vəlizadə olimpiadada  mübarizəyə başlayıb. Təmsilçimiz 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsində mübarizə aparıb.  R.Vəlizadə dörd iştirakçının mübarizə apardığı birinci qrupda 1 dəqiqə 59.77 saniyə nəticə ilə ikinci yeri tutub.  Digər üç qrupda yarışlar başa çatdıqdan sonra növbəti mərhələyə vəsiqə qazanan iştirakçıların adlarına aydınlıq gəlib. Belə ki, idmançımız 28 iştirakçı arasında ilk "16-lığ"a düşə bilmədiyi üçün yarışla vidalaşıb. İdmançımız yekunda 25-ci yerlə kifayətlənib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR