Hidayət Heydərov: “Əsas məqsədim Los-Anceles-2028 Olimpiadasında da çempion olmaqdır”
BOK
31.07.2024, 11:32
Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarının cüdo yarışlarının qalibi Hidayət Heydərov ölkəmizin media nümayəndələrinə müsahibə verib. Dünya, Avropa və Olimpiya çempionumuz qələbə sevincini bölüşüb. Həmin müsahibəni oxuculara təqdim edirik.
- Hidayət, Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi oldun. Olimpiya çempionu kimi indi hansı hissləri keçirirsən?
- Paris-2024 Yay Olimpiya Oyunlarında əldə etdiyim nəticə ilə kifayətlənmək istəmirəm. Bundan sonra əsas məqsədim Los-Anceles-2028 Olimpiadasında da çempion olmaqdır. Bu Oyunlara qədər isə bizi çoxlu yarışlar, eyni zamanda dünya və Avropa çempionatları gözləyir. Bir qədər istirahət etdikdən sonra yenidən məşqlərə başlayacağam.
- Bir il ərzində Avropa, dünya və Olimpiya çempionu adını qazdın.
- Medal kolleksiyamı tamamladım. Buna trebl deyirlər. Keçmiş komanda yoldaşım Orxan Səfərov mənə hər zaman deyirdi ki, sən trebl edəcəksən. Doğrudan da mən bunu bacardım. Haqqımda yazılan müsbət rəyləri oxuyuram. Etiraf edim ki, həmin rəyləri çox bəyənirəm.
- Dünya çempionatında qızıl medalı son saniyələrdə əldə etdin. Paris Olimpiadasında da final görüşü gərgin mübarizə şəraitində keçdi. Təxminən 10 dəqiqəyə yaxın döyüşdün. Maraqlıdır, bu gücü özündə necə toplaya bildin?
- Əslində Avropa çempionatının finalında da çətinliklə qələbə qazanmışdım. Rəqibim rusiyalı cüdoçu idi. Düzdür, haqsızlıqlar çox olurdu. Buna baxmayaraq, özümü haqsızlıqlara qarşı hazırladığım üçün bu mübarizələrdən qalib ayrılırdım. Dünya çempionatının finalında isə yaponiyalı idmançı ilə qarşılaşdım. Həmin yarışda qalib gələcəyimə inanırdım. Hətta çempion olduqdan sonra sevincdən ağladım. Olimpiadanın finalında isə dəqiqələr keçdikcə hiss edirdim ki, rəqibim çox yorulub. Qələbəni əldə verə bilməzdim. İstəyirdim ki, arenaya toplaşan və rəqibimi alqışlayan fransalı azarkeşləri qələbəmlə susdurum və onlar Azərbaycan himnini ayaq üstə dinləsinlər.
- Ekran qarşısında çıxışını izləyən azarkeşlər də səninlə eyni həyəcanı keçirirdi. Həmin an gərginlik və emosiyalar ən pik həddə idi. Artıq qələbəndən bir gün keçib. Olimpin zirvəsində, idman karyeranın ən yüksək pilləsindəsən.
- Məndə belə bir xüsusiyyət var ki, bütün yarışlarda qalib gəlsəm də, yenə bu qələbələrdən sonra arxayınlaşmıram. İstəmirəm ki, özümü Olimpiya çempionu kimi hiss edim. Çünki belə olarsa arxayınlıq yarana bilər. Mən yenə də Olimpiya Oyunların qalibi olmaq, bu sevinci bir daha yaşamaq istəyirəm.
- Karyeranın sonun kimi neçə dünya, Avropa və Olimpiya çempionu olmağı planlaşdırırsan?
- Dördqat Avropa çempionuyam. Bir dəfə isə dünya və Olimpiya çempionu olmuşam. Qarşıma məqsəd qoymuşam ki, 7-8 dəfə Avropa çempionu, üç dəfə dünya çempionatının qalibi və iki dəfə isə Olimpiya Oyunlarının qalibi olum. Düzdür, bunlar mənim arzularımdır. Demək asandır, əməl etmək isə çətin. Qarşıda hələ dörd il vaxt var. Çalışacağım ki, bu arzularımı yerinə yetirim. Ən azından dünya və Avropa olmasa da, ikiqat Olimpiya çempionu olmaq istəyərəm.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib
24.10.2026, 22:45 Gündəm
-
İki güləşçimiz dünya çempionatının finalında
24.10.2026, 20:25 Güləş
-
Bakıda FIFA U-15 dünya çempionatına start verilir
24.10.2026, 10:38 Gündəm
-
Azərbaycan ilk dəfə qarüstü polo üzrə Dünya Kubokuna ev sahibliyi edəcək
23.10.2026, 18:36 Gündəm
-
Nenad Laloviç yenidən Dünya Güləş Birliyinin prezidenti seçilib
23.10.2026, 15:53 Güləş
-
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
23.10.2026, 15:42 MOK
-
Əfsanəvi fubol mütəxəssisi Arsen Venger Hövsan Yarış Kompleksində olub
23.10.2026, 14:35 Futbol
-
Basketbol Liqasında IV tura start verilir
23.10.2026, 11:17 Basketbol
-
Millimiz bu gün Polşa komandası ilə qarşılaşacaq
23.10.2026, 10:19 Voleybol
-
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu adını qazandı
22.10.2026, 20:00 Cüdo
-
Firuddin Qurbanovun 80 illik yubileyi qeyd olunub
22.10.2026, 18:30 Olimpiya dünyası
-
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
22.10.2026, 14:51 Güləş
-
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
22.10.2026, 14:31 Tennis
-
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
22.10.2026, 13:50 MOK
-
10 boksçumuz Avropa çempionatının yarımfinalında
22.10.2026, 10:48 Boks
-
Ədalət təmsilçimiz Avropa çempionatının seçmə oyunlarını idarə edəcək
22.10.2026, 10:31 Voleybol
-
FIFA Bakıda keçiriləcək U-15 dünya çempionatı ilə bağlı paylaşım edib
22.10.2026, 10:18 Futbol
-
Avropa Kuboku: "LANDAU Lions" Danimarka klubuna məğlub oldu
21.10.2026, 23:12 Basketbol
-
Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək
21.10.2026, 19:25 Olimpiya dünyası
-
Azərbaycanın üç boksçusu dünya çempionatında qələbə qazanıb
21.10.2026, 11:29 Boks
-
7 boksçumuz Avropa çempionatının növbəti mərhələsində
21.10.2026, 11:23 Boks
-
"Neftçi" bu gün Avropa Kubokunun qrup mərhələsində növbəti oyununa çıxacaq
21.10.2026, 11:05 Basketbol
-
"LANDAU Lions" FIBA Avropa Kubokunda Danimarka komandası ilə qarşılaşacaq
21.10.2026, 10:32 Basketbol
-
UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq
21.10.2026, 10:08 Futbol
-
"Neftçi" Avropa Kubokunun növbəti oyununda da məğlub oldu
21.10.2026, 09:37 Basketbol
-
“Qərbi Azərbaycanın idman tarixi” kitabının təqdimatı keçiriləcək
20.10.2026, 20:07 Olimpiya dünyası
-
Milli güləşçimizin irəvanlı pəhləvanı: Firudin Qurbanov - 80
20.10.2026, 15:46 Olimpiya dünyası
-
Azərbaycan Su İdmanı Federasiyasının təmsilçiləri beynəlxalq yarışda ikinci yer tutublar
19.10.2026, 17:11 Su idman növləri
-
Azərbaycanda sumonun inkişaf perspektivləri müzakirə edilib
19.10.2026, 15:54 Olimpiya dünyası
-
Ağırlıqqaldıranımız Avropa birinciliyində 3 medal qazanıb
19.10.2026, 15:47 Ağırlıqqaldırma
-
“Turan Tovuz”dan Premyer Liqada 50-ci məğlubiyyət
19.10.2026, 12:50 Futbol
-
“Judo Club 2012” ilk dəfə Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək
19.10.2026, 12:41 Cüdo
-
Misli Premyer Liqasında tamaşaçı rekordu
19.10.2026, 11:18 Futbol
-
Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş turniri keçirilib
19.10.2026, 11:09 Güləş