3x3 basketbol millimiz Avstraliya komandasına da məğlub oldu

3x3 basketbol millimiz Avstraliya komandasına da məğlub oldu

Olimpizm xəbərləri

02.08.2024, 11:53

Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən 3x3 basketbol yarışları davam edir. Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi olimpiadada növbəti oyununu keçirib. Komandamız V turda Avstraliya kollektivi ilə qarşılaşıb.  Görüş rəqib komandanın 21:12 hesablı qələbəsi ilə yekunlaşıb. Millimiz bu gün növbəti oyununu Bakı vaxtı ilə saat 19:30-da Çin komandasına qarşı keçirəcək.  Qeyd edək ki, seçməmiz daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12 hesabı ilə uduzub. Basketbolçularımız ABŞ millisinə 20:17 hesabı ilə qalib gəlib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR