Paris-2024: Bu gün Azərbaycan komandası üç idman növündə mübarizə aparacaq

Paris-2024: Bu gün Azərbaycan komandası üç idman növündə mübarizə aparacaq

Olimpizm xəbərləri

03.08.2024, 10:00

Fransanın Paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir. Bu gün Bu gün Azərbaycan komandası üç idman növündə mübarizə  aparacaq. Mübarizəyə ilk olaraq akademik avarçəkənimiz Diana Dımçenko başlayacaq. Təmsilçimiz C finalında 13-18-ci yerlər uğrunda mübarizə aparacaq. C finalı Bakı vaxtı ilə 11:30-da başlayacaq.

Bu gün həmçinin Məryəm Şeyxəlizadəxangah da Paris-2024-də ilk mübarizəsinə start verəcək. İdmançımız 50 metr məsafəyə sərbəst üsulla üzmək üzrə təsnifat mərhələsinə mübarizə aparacaq. Təsnifat mərhələsi Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qadınlardan ibarət 3x3 basketbol millimiz isə VII tur çərçivəsində Kanada ilə qarşılaşacaq. Oyuna Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR