Paris-2024: 3x3 basketbol millimiz Kanadaya məğlub oldu

Paris-2024: 3x3 basketbol millimiz Kanadaya məğlub oldu

Olimpizm xəbərləri

03.08.2024, 19:58

Qadınlardan ibarət 3x3 basketbol millimiz Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti oyununu keçirib. Komandamız qrup mərhələsinin sonuncu qarşılaşmasında Kanada millisi ilə üz-üzə gəlib. Görüş rəqib komandanın 19:21 hesablı qələbəsi ilə başa çatıb. Məğlubiyyətə baxmayaraq, komandamızın hələ də Pley-inə vəsiqə qazanmaq üçün şansı var. Bunun üçün ABŞ komandası Çin millisinə qalib gəlməlidir.  Qeyd edək ki, yığmamız daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12 və Avstraliyaya 12:21 hesabı ilə uduzub, ABŞ (20:17) və Çinə (21:19) isə qalib gəlib.

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR