Bu gün yunan-Roma güləşçilərimiz Paris-2024-də mübarizəyə başlayırlar

Bu gün yunan-Roma güləşçilərimiz Paris-2024-də mübarizəyə başlayırlar

Olimpizm xəbərləri

05.08.2024, 10:01

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir. Bu gün Azərbaycan komandasının daha iki idmançısı olimpiadada mübarizəyə başlayacaq. Hər iki təmsilçimiz bu gün start götürəcək yunan-Roma güləşi üzrə yarışlarda xalça üzərinə çıxacaq. Belə ki, klassiklərimizdən ilk olaraq  Sabah Şəriəti (130 kq) və Murad Məmmədov (60 kq) mübarizəyə başlayacaq.  Mübarizəyə 1/8 finaldan başlayan S.Şəriəti ilk görüşünü estoniyalı Heyki Nabiyə qarşı keçirəcək.  Murad Məmmədov isə 1/8 finalda  venesuelalı Rayber Joze Rodrigez Orosko ilə qarşılaşacaq.  Güləş yarışlarına Bakı vaxtı ilə saat 17:00-da start veriləcək. Qeyd edək ki, Azərbaycan yunan-Roma güləşi üzrə yığma komandamız Paris-2024-də 5 idmançı ilə təmsil olunur.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR