Paris-2024: Hacı Əliyevin və Maqomedxan Maqomedovun 1/8 final mərhələsindəki rəqibləri bəlli olub

Paris-2024: Hacı Əliyevin və Maqomedxan Maqomedovun 1/8 final mərhələsindəki rəqibləri bəlli olub

Olimpizm xəbərləri

09.08.2024, 20:49

Azərbaycanın sərbəst güləşçiləri Hacı Əliyev (65 kq) və Maqomedxan Maqomedovun (97 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oytunlarında ilk rəqibi bəlli olub.

Hər iki idmançı mübarizəyə 1/8 final mərhələsindən start verəcək.

Üçqat dünya və dördqat Avropa çempionu olan Əliyev bu raundda meksikalı Ostin Qomeslə üz-üzə gələcək.

Maqomedov isə Dominikan Respublikasından olan Luis Migel Peresin müqavimətini qırmağa çalışacaq.

Bu çəkilərdəki qarşılaşmalar avqustun 10-da Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR