Azərbaycanlı beynəlxalq dərəcəli boks hakimi Emil Qurbanəliyev Paris-2024 Yay Olimpiya Oyunlarında fərqlənib.
Həmyerlimiz döyüşləri ən yaxşı idarə edən ədalət təmsilçisi seçilib.
O, hakimlərin reytinqində birinci olub və dördilliyin ən möhtəşəm yarışının sertifikatı ilə təltif edilib.
Qeyd edək ki, Emil Qurbanəliyev olimpiadada müxtəlif mərhələlərin döyüşləri ilə yanaşı, finalda da ədaləti qoruyub.