Elxan Məmmədov: “Zelim mənim yarımçıq qalan missiyamı tamamladı” - MÜSAHİBƏ
Olimpizm xəbərləri
15.08.2024, 12:33
Paris-2024 Yay Olimpiya Oyunlarının cüdo yarışları Azərbaycan idmançılarının parlaq qələbəsi ilə yadda qaldı. Olimpiadanın qəhrəmanları isə sözsüz ki, Hidayət Heydərov (-73 kq) və Zelim Kotsoyev(-100 kq) oldu. Bu günlərdə Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi olan Zelim Kotsoyevin şəxsi məşqçisi, cüdo üzrə dünya və Avropa çempionumuz Elxan Məmmədov “Olimpiya dünyası” qəzetinə müsahibə verib. Mütəxəssis yetirməsi Zelim Kotsoyevin uğurlu çıxışı və komandamızın Paris-2024-dəki nəticələri barədə danışıb.
- Elxan müəllim, yetirməniz Zelim Kotsoyev 11 ildən sonra sizin çəki dərəcənizdə dünya çempionu adına sahib çıxdı. Parisdəki Olimpiya Oyunlarında isə çempion olaraq Azərbaycana ikinci qızıl medalı qazandırdı. İstərdik Zelim Kotsoyevin şəxsi məşqçisi kimi çempionluq sevincinizi bizimlə bölüşəsiniz.
- Zelim mənim yarımçıq qalan missiyamı tamamladı. Çünki məni dmançı kimi Olimpiya Oyunlarından başqa bütün yarışların qalibi olmuşam. Hər zaman Olimpiya çempionu olmaq istəmişəm. Sadəcə, zaman çatmadı. Amma Zelim bu arzumu həyata keçirdi. Məhz -100 kiloqramda, yəni vaxtilə mənim çıxış etdiyim çəkidə Zelimin çempion olması qürurvericidir. Bu illər ərzində ona -100 kq çəkidə necə güləşmək lazım olduğunu, nələrə üstünlük verməsini öyrətdim. O da bu tapşırıqları uğurlu şəkildə yerinə yetirə bildi.
- Zelim, üçün final döyüşü xüsusi məna daşıyırdı. İdmançımız sona 9 saniyə qalmış qələbəni əldə etdi. Vaxt azaldıqca bir an belə olsa ümidinizi itirmədiniz ki?
- Mən ona inanırdım. Sona qədər mübarizə aparmasını tapşırmışdım. Gürcüstanlı idmançı öndə olan zaman Zelimin sağ əlini bloklayıb, ona çətinlik yaradırdı. Rəqib idmançı özünü bilərəkdən yerə ataraq hücumun qarşısını almağa çalışırdı. Lakin son ana qədər döyüşməsi, mübarizliyi, ona verilən tapşırıqları düzgün şəkildə yerinə yetirməsi Zelimə Olimpiya çempionluğunu qazandırdı. Hətta yadıma gəlir ki, görüşün başa çatmasına 35 saniyə qalmış yanımda dayanan azarkeşlər artıq qızıl medalın əldən getdiyini düşünürdülər. Amma son saniyəyə kimi ümidimi itirmədim. Rəqib psioxoloji cəhətdən Zelimin təzyiqinə dözə bilmədi.
- Maraqlıdır, Zelimi çempionluğa necə kökləyirdiniz? Yəqin ki, burada Hidayət Heydərovun qızıl medal qazanması da böyük rol oynadı.
- Olimpiya Oyunlarının gedişatında onu çox yormurdum. Yalnız səhər məşqlərində çəki salma məşqləri edirdik. Hidayət çempion olanda biz ikinci mərtəbədə idik. Zelim heyranlıqla Hidayətə baxırdı. Ona dedim ki, Zelim, bir bax, gör necə asandır. Hidayət çempion oldu, sən də bunu bacaracaqsan. Zelim mənə dedi ki, müəllim, sən mənə üç ildir ki, bu sözləri deyirsən. Mən bunu edə bilərəm, sən mənə inanırsan? Dedim ki, bəli sənə çox inanıram, əsas odur ki, bunu sən özün istəyəsən. Hamıdan güclüsən, sonuncu dünya çempionusan. Finala kimi onun yanına getmədim. Həlledici görüşdən əvvəl dedim ki, Zelim, bu görüş sənin yadında iki cür qala bilər. Həm məğlub ola bilərsən, həm də Olimpiya çempionu adını qazana bilərsən. Bunu özün seç. İllər keçsə də bu görüş sənin xatirəndə qalacaq. Bu görüş isə sənin yadında illər sonra yaxşı bir xatirəyə çevriləcək. Son sözü belə oldu ki, “müəllim mən onu öldürəcəyəm”. Onu qucaqladım, xeyir-dua verdim. Şükürlər olsun ki, Zelim hər birimizi sevindirdi.
- Bu il Zelim Hidayətlə eyni nəticəni göstərdi. Necə düşünürsünüz, fərqli çəkilərdə olmalarına baxmayaraq, qələbə əzmi və qiptə onları irəli çəkdi?
- Əslində, bunu başqa cür düşünərəm. Onlar gənc yaşlarından bir yerdə güləşiblər. Hidayət hər zaman yarışa ondan tez başlayıb və qalib olub. Zelim də sonrakı günlərdə mübarizə apararaq qaliblər sırasında yer alıb. Onlar hər zaman bir-birilərinə motivasiya veriblər. Bundan başqa yaxın dostdurlar. Bu dostluğun təsiridir, deyərdim. Bu gün onlar əvəzolunmaz idmançıdırlar, digərləri üçün nümunədirlər. Onların etdiyini Azərbaycan cüdosunda heç kim edə bilməyib. İnanıram ki, bu zəfər Azərbaycan cüdosunun inkişafına daha da təkan verəcək.
- Zelim, Tokio Olimpiadasından sonra karyerasını bitirmək istəyirdi. Bu nə ilə bağlı idi?
- Tokio-2020-dən sonra onun psixoloji cəhətdən müəyyən problemləri yaranmışdı. Yenidən bərpa prosesi keçməsi üçün onu öz evinə göndərdim. Bakıya gəlmək istəyəndə də ona icazə vermədim. Beş ay istirahət etdikdən sonra məşqlərə başladı. Karyerasını başa vurmaq istəmirdi. Sadəcə, bir müddət məşqlərə fasilə verdi. Əgər Tokio-2020-dən sonra biz onu təlim-məşqlərə buraxsaydıq, bu gün belə parlaq nəticələri də olmazdı.
- Elxan müəllim, komandamız Olimpiya Oyunlarını 2 qızıl medalla başa vurdu. Paris-2024-dən əvvəl komandamızdan hansı nəticəni gözləyirdiniz?
- Əslində, yarışdan əvvəl federasiyamız hər kəsdən medal gözlədiyini açıqlamışdı. Azərbaycan Cüdo Federasiyası son illər həqiqətən də böyük işlər həyata keçirib. Hər bir xırda nüansa həssaslıqla yanaşılır. Olimpiya Oyunlarına hazırlıq prosesi başlayanda məşqçilər heyəti üçün hər bir şərait yaradıldı. Bunun üçün də federasiya rəhbərliyi haqlı olaraq hər bir idmançıdan medal gözləyirdi. Bu idmandır, hər şey ola bilər. Bu gün Azərbaycan millisi çox güclü heyətə malikdir. Oyunlardan əvvəl əsasən Zelim Kotsoyev, Hidayət Heydərov və Elcan Hacıyevdən medal gözləyirdim. Elcanın məğlubiyyəti həqiqətən də bizi məyus etdi. Amma Hidayət və Zelimin qalibiyyəti sevincimizə səbəb oldu. Yaponiya millisi də daxil olmaqla digər ölkələrin komandaları bizi təbrik edirdi. Qürurverici anlar yaşadıq. Zelimin və Hidayətin çempionluğu Azərbaycan yeniyetmələrinin idmana, məhz cüdoya axını deməkdir. Həqiqətən də böyük uğur əldə olundu. Azərbaycan millisi dünya miqyasında Olimpiya Oyunlarında ikinci sırada qərarlaşdı. Bu münasibətlə Azərbaycan Prezidenti cənab İlham Əliyevi, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanı təbrik edirəm. Bu, tarixi qələbə ölkə rəhbərliyinin idmana olan diqqət və qayğısı nəticəsində qazanıldı. Təbii ki, bu, həm də Mili Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə uğurlu fəaliyyətinin nəticəsidir.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Paralimpiya çempionumuz Münhendə fərqləndi
Bugün, 21:30 Taekvondo
-
Karateçilərimiz Avropa çempionatının mükafatçıları sırasında
Bugün, 20:33 Əlbəyaxa döyüş növləri
-
Avropa çempionatında uğurlu nəticə
Bugün, 18:50 Əlbəyaxa döyüş növləri
-
İraq millisinin 5 futbolçusu ABŞ vizası ala bilmədi
Bugün, 16:44 Futbol
-
Region Liqasında final və III yer uğrunda oyunun yeri müəyyənləşib
Bugün, 16:32 Futbol
-
WA nümayəndələri Bakıya səfər ediblər - FOTO
Bugün, 16:12 Fotoqalereya
-
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsinin qalibləri mükafatlandırıldı
Bugün, 13:35 Velosiped
-
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsinin qalibi müəyyənləşdi
Bugün, 13:20 Velosiped
-
"Topçular"dan türkiyəli futbolçu üçün 90 milyon avroluq təklif
Bugün, 12:40 Futbol
-
Ronaldunun komandası çempionluğu növbəti turlara saxladı
Bugün, 12:26 Futbol
-
Karlo Ançelotti: ""Real"da köhnə nəsil yenidən qurulmalıdır"
Bugün, 12:11 Futbol
-
AMADA 2027-ci ildən qüvvəyə minəcək yeni antidopinq qaydalarındakı əsas dəyişiklikləri açıqlayıb
Bugün, 11:29 AMADA
-
Gəncədə məktəblilər arasında minifutbol turniri keçirilib
Bugün, 11:10 Futbol
-
Cüdoçularımız Avropa kubokunda iştirak edəcəklər
Bugün, 11:00 Cüdo
-
Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək
Bugün, 10:35 Olimpizm xəbərləri
-
Löv məşqçiliyə dönüş ehtimalını dəyərləndirdi
Bugün, 10:10 Futbol
-
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışında dördüncü mərhələ start götürür
Bugün, 09:31 Velosiped
-
Yeniyetmə güləşçilərimiz Avropa çempionatına üç medalla başlayıblar
Bugün, 00:28 Güləş
-
AFFA tərəfindən bölgə hakimləri üçün maarifləndirici sessiya
12.05.2026, 22:49 Futbol
-
Stolüstü tennisçilər Daşkəndə yollanıblar
12.05.2026, 22:30 Tennis
-
Federasiya rəsmisinə növbəti etimad
12.05.2026, 22:27 Olimpiya dünyası
-
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim edib
12.05.2026, 20:41 Futbol
-
Final oyununun hakimi müəyyənləşdi
12.05.2026, 18:36 Futbol
-
Advokat milli komandaya qayıtdı
12.05.2026, 16:48 Futbol
-
"UFC Fight Night Baku" turnirinin bütün döyüşləri müəyyənləşdi
12.05.2026, 16:30 Əlbəyaxa döyüş növləri
-
Keçmiş UFC çempionu döyüşə hazırlaşır
12.05.2026, 16:11 Əlbəyaxa döyüş növləri
-
Fransa komandasının avtomobili qəzaya uğrayıb
12.05.2026, 15:38 Formula 1
-
Snuker əfsanəsi qocalmaq bilmir
12.05.2026, 15:04 Olimpiya dünyası
-
"Araz-Naxçıvan" braziliyalı futbolçu ilə müqaviləyə xitam verdi
12.05.2026, 14:37 Futbol
-
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsinin qalibləri mükafatlandırıldı
12.05.2026, 14:15 Velosiped
-
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsinin qalibi müəyyənləşdi
12.05.2026, 13:43 Velosiped
-
Sabah Azərbaycanda 31 dərəcə isti gözlənilir
12.05.2026, 13:17 Gündəm
-
Portimaodan qızıl medal
12.05.2026, 12:32 Gimnastika
-
Millimiz Macarıstana təlim-məşq toplanışına yollanıb
12.05.2026, 11:55 Voleybol