Paraüzgüçümüz Paris-2024-ün final mərhələsinə vəsiqə qazandı

Paraüzgüçümüz Paris-2024-ün final mərhələsinə vəsiqə qazandı

Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Paris-2024 Yay Paralimpiya Oyunlarının final mərhələsinə vəsiqə qazanıb. SB13 kateqoriyasında yer alan idmançımız 100 metr məsafəyə brass üsulu ilə çıxış edib.

O, ilk "8-liy"ə düşdüyündən həlledici mərhələyə vəsiqə qazanıb. Vəli İsrafilov 1 dəqiqə 5.82 saniyə ilə 16 iştirakçı arasında üçüncü olub.

Final mərhələsi bu gün Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.