Paris-2024 Yay Paralimpiya Oyunlarında medal qazanan idmançılarımız Vətənə qayıdıblar 

Paris-2024 Yay Paralimpiya Oyunlarında medal qazanan idmançılarımız Vətənə qayıdıblar 

Fransanın paytaxtı Paris şəhərində keçirilən Yay Paralimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançıları Vətənə dönüblər.

Mükafatçıları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Paralimpiya Komitəsinin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunlarında 7 idman növü üzrə 18 idmançı ilə təmsil olunan Azərbaycan 4 qızıl, 2 gümüş və 5 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb. Ölkəmiz medal sıralamasında 169 ölkə arasında 28-ci yeri tutub.