Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq. F qrupunda yer alan yığmamız Bakıda Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
“Dalğa Arena”da keçiriləcək görüş saat 19:00-da başlayacaq. Qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.