Avstraliyanın üzgüçülük üzrə məşqçisi Maykl Palfrey Paris-2024 Olimpiadası ərəfəsində cənubi koreyalı üzgüçüyə dəstək ifadələrinə görə işdən çıxarılıb. Bildirilir ki, müqaviləyə əsasən heç bir məşqçi digər ölkə idmançısı barədə müsbət fikir söyləyə bilməz.
Məlumat üçün bildirək ki, Palfrey Koreya televiziyasına müsahibəsində cənubi koreyalı Kim Woo-min-in Parisdə avstraliyalı Sam Short və Elijah Winningtonun yarışdığı 400 metr məsafəyə sərbəst üsulda qalib gələcəyinə ümid etdiyini söyləmişdi.