Formula 1 üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş başladı

Formula 1 üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş başladı

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin sərbəst yürüşünə start verilib.

Yürüşdə hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparır.

Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik Bakı Şəhər Halqasında dövrə vuracaqlar.

Bu gün, həmçinin saat 15:00-da Formula 2-də sıralama turu, 17:00-da isə Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.