Bu gün Premyer Liqada daha iki oyun keçiriləcək

Bu gün Premyer Liqada daha iki oyun keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha iki oyunu keçiriləcək. Şamaxı şəhərinin eyniadlı komandası doğma meydanda "Sumqayıt"ı qəbul edəcək. Şamaxı şəhər stadionunda təşkil olunacaq görüş saat 16:30-da başlayacaq. Günün ikinci oyununda "Qarabağ" "Səbail"lə qarşılaşacaq. "Azərsun Arena"da təşkil olunacaq oyuna saat 19:00-da start veriləcək.

Xatırladaq ki, açılış matçında "Araz-Naxçıvan" "doğma divarlar" arasında "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəlib. Tura sabah təşkil olunacaq "Zirə" - "Neftçi", "Sabah" - "Turan Tovuz" oyunları ilə yekun vurulacaq.