Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışının qalibi müəyyənləşdi 

Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışının qalibi müəyyənləşdi 

Bakıda keçirilən Formula 2 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşib. Yarışda hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparıb. Ən yaxşı nəticəni “Trident”dən Riçard Versxor göstərib.
“ART Qrand Priks”in fransalı sürücüsü Viktor Martin ikinci, “Rasinq Prema”dan italiyalı Kimi Antonelli üçüncü olub.
Qeyd edək ki, bu gün, həmçinin saat 15:00-da Formula 1 üzrə Azərbaycan Qran-Prisinin final mərhələsinə start veriləcək.