Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimi keçirilib

Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimi keçirilib

Bakıda Formula 1 Azərbaycan Qran Prisinin açılış mərasimi keçirilib. Mərasim Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Dövlət Himnini Avroviziya-2022-də Azərbaycanı təmsil edən Nadir Rüstəmli səsləndirib.

Mərasimdə himn klassik üslubda ifa edilib və səhnə tərtibatı açılan xalça motivini xatırladıb. “Xan Qarabağ” xalçalarının sadə naxışlarından ilhamlanaraq hazırlanmış səhnə Azərbaycanın zəngin mədəni irsini əks etdirib.

Açılışdan sonra Formula 1 Azərbaycan Qran Prisi 2024 start götürüb.