Atıcılıq üzrə Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, koreyalı Kim Ye Ji film sahəsində debüt edib. "Agence France-Presse"nin məlumatına görə, Cənubi Koreyadan olan 32 yaşlı idmançı məşhur hind aktrisası Anuşka Senin də rol aldığı “Crush” mini-serialında sui-qəsdçi obrazını canlandıracaq.
Məlumat üçün bildirək ki, Kim Ye Ji Paris-2024 Yay Olimpiya Oyunlarında 10 metrdən pnevmatik tapança ilə atəşaçmada gümüş medal qazanıb. O, eyni zamanda 25 metr məsafəyə atıcılıqda da dünya rekordu vurub.
Olimpiya mükafatçısı "sui-qəsdçi" obrazında