Azərbaycanın stolüstü tennisçiləri Batumidən üç medalla qayıdırlar

Azərbaycanın stolüstü tennisçiləri Batumidən üç medalla qayıdırlar

Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanın Batumi şəhərində təşkil olunan “WTT Youth Contender” turnirində üç mükafat əldə ediblər.

Bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Beynəlxalq yarışda baş məşqçi Mixail Timofeyev və məşqçi Səbinə Əzizlinin rəhbərliyi altında iştirak edən komandamız 1 qızıl və iki bürünc medal qazanıb.

Onur Quluzadə 13 yaşadək idmançilar arasında bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub. Eyni yaş qrupunda mübarizə aparan Yağmur Məmmədli 3-cü yerlə kifayətlənib.

Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi isə, qarışıq qoşa yarışlarında mükafatçılar sırasında yer alıb. 16 yaşlı idmançılar U-19 yaş dərəcəsində üçüncü yeri tutublar.

Qeyd edək ki, Batumi sınaqlarında ev sahibi Gürcüstanla yanaşı, Azərbaycan, Türkiyə, ABŞ, İngiltərə, İsrail, Qazaxıstan, Özbəkistan, Ukrayna, Belarus və Litva komandaları iştirak ediblər.