Mingəçevirdə cüdo idman klubuna baxış keçirilib.
Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən verilən məlumata görə, ACF-nin prezidenti Rəşad Nəbiyev və Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Mingəçevir şəhərində yerləşən “Qədiroğlu cüdo klubu”nda yaradılmış şəraitlə tanış olublar.
Klubun rəhbəri Ayaz Ümüdəliyev idman obyekti barədə məlumat verib. O bildirib ki, yüksək səviyyədə təmir edilən cüdo təlim mərkəzinin ümumi sahəsi 500 m2 təşkil edir.
Klubda fiziki hazırlıq zalı məşqlər üçün vacib olan zəruri avadanlıqlarla təchiz edilib. Burada valideynlər üçün gözləmə zalı və idmançılar üçün digər zəruri şərait təmin olunub.
Təlim mərkəzində gün ərzində 100 yeniyetmə və gənc cüdo idman növü ilə məşğul ola bilir.