Oktyabrın 12-13-də Qazaxıstanın Aktau şəhərindəcüdo üzrə Açıq Asiya turniri keçirilib. 9 ölkədən 181 (109 oğlan, 72 qız) idmançının iştirak edəcəyi yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayıblar. Komandamız yarışda böyüklərdən ibarət yığmanın böyük məşqçisi Rüstəm Alimli rəhbərliyi altında oğlanlar arasında 5 çəki dərəsində 17 cüdoçu ilə təmsil olunub. Komandamız Açıq Asiya turnirini 1 qızıl, 3 bürünc medalla başa vurub. Təmsilçilərimizdən Murad Muradlı bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. Elcan Şəfiyev (81 kq), Camal Feyziyev və Eldar Əliyev ( hər ikisi +100 kq) isə bürünc medal əldə ediblər.
Cüdoçularımız yarışda medal əyarına görə kişilər arasında 3-cü yeri tutub.