Dünya çempionlarımız Vətənə qayıdıblar

Dünya çempionlarımız Vətənə qayıdıblar

Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən dünya çempionatında birinci yeri tutan Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası Vətənə dönüb.

Yığmamızın üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Güləş Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

Qeyd edək ki, Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) turniri qızıl medalla başa vurublar.