Pəhləvanlarımız Karaqandada iki qızıl medal qazandılar

Pəhləvanlarımız Karaqandada iki qızıl medal qazandılar

 

Qazaxıstanın Karaqanda şəhərində sərbəst və yunan-Roma güləşi üzrə ənənəvi yarış keçirilib. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Sovet İttifaqı qəhrəmanı Nurken Abdirovun xatirəsinə keçirilən turnirdə Qazaxıstan, Azərbaycan, Özbəkistan və Qırğızıstandan 500-dən artıq idmançı mübarizə aparıb. Yarışda ölkəmizi təmsil edən sərbəst güləşçilər uğurla çıxış ediblər. Təmsilçilərimizdən Nürəddin Novruzov (61 kq) və Abdulrəhman İbrahimov (65 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.