Pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin "Boloniya sistemi üzrə Avropa təhsilinin izahlı lüğəti” adlı yeni kitabı işıq üzügörüb.
Müəllifin hazırladığı kitabda Boloniya sistemi üzrə Avropa təhsilində geniş yayılmış çox işlənən terminlər yer alıb. Yığcam və sistemləşdirilmiş lüğət Avropa və Azərbaycan mütəxəssislərinin işləyib hazırladıqları Boloniya terminologiyası əsasında tərtib edilib.
Kitabda həmçinin müxtəlif dövrlərdə yaranan kurikulum və boloniya sistemləri üzrə tərcümələrdən bəhs edilir, bütövlükdə tarixi lüğət tipləri və onların müəllifləri haqqında geniş məlumatlar verilir. Müəllif xronoloji ardıcıllıqla tarixi lüğətlərimizi araşdırmış, onlar haqqında yazılanları ümumiləşdirərək maraqlı faktlara əsaslanıb.
Lüğət Azərbaycan İdman Akademiyasının professor-müəllim heyəti, tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
"Boloniya sistemi üzrə Avropa təhsilinin izahlı lüğəti” İdman Akademiyasının Elmi şurasının "13” sentyabr 2024-cü il tarixli iclasında (protokol № 1) müzakirə edilərək bəyənilmiş və nəşri məqsədəuyğun sayılıb.