Paris-2024 Yay Olimpiya Oyunlarının üzgüçülük üzrə 4x100 metrlik estafet yarışlarının bürünc mükafatçısı fransalı Yoan Ndoye-Brouard sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət mərkəzinə düşüb.
Belə ki, idmançının paylaşımında qazandığı Olimpiya medalının dörd ay ərzində rəngini itirərək bərbad vəziyyətə düşdüyü görülüb.
Olimpiya mükafatçısı paylaşdığı Olimpiya medalı şəklinin altından ironiya ilə “Paris-1924” sözlərini yazıb.
Paylaşıma dərhal reaksiya verən yarış təşkilatçıları isə idmançıya bərbad hala düşən mükafatın yeni medalla əvəzlənəcəyini qeyd ediblər.
“Medallar Olimpiya Oyunlarını ən çox arzulanan və idmançılar üçün ən qiymətli əşyalarıdır. Keyfiyyətsiz hala düşmüş medallar sistematik olaraq yeniləri ilə əvəz olunacaq”, – deyə Paris-2024 Yay Olimpiya Oyunlarının təşkilatçıları “L’Equipe”-ə açıqlamasında bildiriblər.