Dünyanın ən yaşlı Olimpiya çempionu, macarıstanlı Aqneş Keleti 103 yaşında vəfat edib. Macar və yəhudi əsilli Olimpiya və dünya çempionu104 yaşına bir həftə qalmış dünyasını dəyişib.
Yay Olimpiya oyunlarında Macarıstanı təmsil edərək 5 qızıl, 3 gümüş və iki bürünc medal qazanan A.Keleti bütün dövrlərin ən yaxşı yəhudi əsilli olimpiyaçılarından biri kimi tanınır.
O, həmçinin, 1954-cü ildə Romada təşkil olunan dünya çempionatında qızıl, gümüş və bürünc medallara sahib olub.