Fevralın 5-dən 9-dək Serbiyanın paytaxtı Belqradda boks üzrə beynəlxalq turnir keçiriləcək.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindənverilən məlumata görə, yarışda Azərbaycanın qadın boksçuları da qüvvələrini sınayacaqlar. Komandamızın heyətində Anaxanım İsmayılova (48 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq), Emili Rzayeva (70 kq) və Aynur Rzayeva (+81 kq) gücünü yoxlayacaq.