AFFA-nın yeni baş katibinin adı açıqlanıb

AFFA-nın yeni baş katibinin adı açıqlanıb

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Bir sıra mühüm qərarların qəbul edildiyi iclasda AFFA-nın baş katibi vəzifəsinə yeni təyinat olub. Belə ki, Cahangir Fərəcullayevin qurumun yeni baş katibi təyin edilməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, Cahangir Fərəcullayev 1981-ci ildə Bakı şəhərində anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində bakalavr və magistr təhsili alıb və fərqlənmə diplomları ilə bitirib.

O, 2004-2019-cu illərdə Azərbaycan şirkətlərində müxtəlif vəzifələrdə çalışıb, biznesin inkişafı və marketinq üzrə müstəqil konsultant kimi çıxış edib.

2019-2020 illərdə “Caspiantech” şirkətinin baş direktoru olub. 2021-ci ildən 2025-ci ilə qədər “Azərlotereya” ASC-də baş direktorun müşaviri və LMK şirkətinin baş direktoru vəzifəsində çalışıb.