Fiqurlu konkisürənimiz dünya çempionatında iştirak edib

Fiqurlu konkisürənimiz dünya çempionatında iştirak edib

Azərbaycanın fiqurlu konkisürəni Arina Kaluqina dünya çempionatında iştirak edib.

Bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidmətindən məlumat verilib. O, Macarıstanın Debresen şəhərində keçirilən yeniyetmələr arasındakı mundialda qüvvəsini sınayıb.

Qısa və sərbəst proqram üzrə çıxış edən təmsilçimiz 48 idmançı arasında 172.43 xal toplayaraq yekun nəticədə 14-cü yerə sahib olub.